Azərbaycanda onların şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salındı
“Bütün aktiv olan icazələri avtomatik olaraq mayın 4-nə kimi uzadaraq "müddətə redaktə et bölməsini" yaratdıq”.
Bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov REAL TV-nin efirində qonaq olan zaman deyib. O bildirib ki, e-icazə sistemində 49 162 dövlət və özəl təşkilat 740 324 əməkdaşına xüsusi karantin rejimində aktiv icazə alıb:
“İcazə alınanların 185 mini müxtəlif səbəblərdən tərəfimizdən ləğv olunub. Artıq əmək müqaviləsi olmadan şirkətlər işçini sistemə daxil edə bilmir. Bundan başqa, xidməti müqavilə bölməsi də yaradılıb. Könüllülərə və e-aqro sistemində qeydiyyatdan keçmiş 500 minə yaxın fermerə də icazə verilir”.
F. Cəfərovun sözlərinə görə, 8103 SMS icazə xidməti ilə vətəndaşlara bu günə kimi 10 milyondan çox icazə verilib:
“Son günlərdə 83% insana müsbət cavab verilib. Gündəlik olaraq 900 min - 1 milyon arası SMS göndərilirsə, bunun təqribən 830 mininə müsbət cavab verilir. Cavabların verilməsi üçün ortalama müddət hazırda 1 saniyədir. 2,7 milyon şəxs artıq SMS xidmətindən istifadə edib. Əsas SMS göndərilmə zamanı isə səhər saat 10-1 aralığı, günorta 3-dən axşam 9-a kimidir. Daha çox 2 kodu ilə müraciət olunur. 3 kodu ilə sui-istifadə hallarının sayı çox idi. İndi 16-17 min civarında müraciət daxil olur, ancaq yenə də bu rəqəm çoxdur. Sui-istifadə edən şəxslərin şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salınır”.
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...