Azərbaycanda daha 38 nəfərdə koronavirus aşkarlandı - 79-u sağaldı

10:11 21-04-2020 | icon 3434
Azərbaycanda daha 38 nəfərdə koronavirus aşkarlandı - 79-u sağaldı

Dünən Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan daxil olan məlumata görə, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Digər xəbərlər

0.24521088600159