Həsən Ruhani İlham Əliyevə zəng etdi
Aprelin 20-də İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Ramazan ayının gəlişi münasibətilə bir-birilərini təbrik edib və ən xoş arzularını xalqlarımıza çatdırmağı xahiş ediblər.
Dövlət başçıları ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkələrimizdə həyata keçirilən tədbirlər və görüləcək işlərlə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda pandemiya dövründə ölkələrimiz arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, eləcə də yükdaşımaları, o cümlədən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşımaların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətlərdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...