Azərbaycan Bosniyaya yardım əlini uzatdı
Azərbaycan Bosniya və Hersoqovinanın Təhlükəsizlik naziri Fahrudin Radonçiçin ölkəyə koronavirusla mübarizədə kömək etmək xahişinə cavab verib. Bu barədə Bosniyanın “N1” telekanalı xəbər verib.
“Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik missiyası Bosniyanın Təhlükəsizlik Nazirliyini yardım təyyarəsinin aprelin 23-də Sarayevo Beynəlxalq Hava Limanında yerə enəcəyi barədə məlumatlandırıb. Nazir Radonçiç bu dəstəyə görə Bosniya və Hersoqovinanın bütün vətəndaşları adından Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib”, - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, Radonçiç bu yaxınlarda Sarayevoda akkreditə olunmuş bütün səfirlərlə konfrans keçirib və onlardan, həmçinin beynəlxalq təşkilatlardan və institutlardan kömək istəyib. Bosniyanın çağırışına səs verənlər arasında 80,5 milyon avro məbləğində yardım göstərən Avropa İttifaqı da var.
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...