İlqar Abbasov da qanvermə aksiyasına qoşuldu
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyaları keçirilir.
Bu gün Şirvan şəhər İcra Hakimiyyətinin kollektivi Birinci vitse-prezident Mehriban Əliyevın təəbbüsü ilə keçirilən bu aksiyaya qoşulub, karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şirvan Regional Bölməsində qan veriblər. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Qan Bankında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarla və onların valideynləri ilə görüşərək uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə irsi qan xəstəliklərindən, xüsusi ilə talassemiyadan əziyyət çəkən insanların müalicəsinə göstərdiyi diqqət və qayğıdan geniş məlumat verib.
Qeyd edək ki, Şirvan şəhər Bələdiyyəsinin, qəsəbə bələdiyyələri və icra nümayəndəliklərinin əməkdaşları, müxtəlif idarə və müəssisələrin kollektivləri, eyni zamanda şəhər Polis Şöbəsinin şəxsi heyəti də qanvermə aksiyasına qoşularaq fəal iştirak ediblər.
Toplanan qan ehtiyatları tibb işçiləri tərəfindən yoxlanılacaq, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...