Jalə Əhmədova millət vəkili kimi ilk ad gününü qeyd edir

11:45 23-04-2020 | icon 3332
Jalə Əhmədova millət vəkili kimi ilk ad gününü qeyd edir

Bu gün Milli Məclisin deputatı Jalə Əhmədovanın doğum günüdür.

Xanım millət vəkili aprel ayının bu günü Bakı şəhərində anadan olub.

O, 1997-ci ildə Bakı şəhərində 158 saylı orta məktəbi bitirib. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. Fəaliyyətini davam etdirməklə yanaşı, 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, ikinci ali təhsil alıb. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində təhsilini davam etdirir.

"Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini vəzifələrində işləyən Jalə xanım hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır.

Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.

Qeyd edək ki, Jalə Əhmədova 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir. Onun federasiyanın yaranmasında və inkişafında, bu idman növünün tanınmasında, gənclərin sağlam həyat tərzinə üstünlük verməsində böyük dəstəyi olmuşdur.

Biz də kollektivimiz adından Jalə xanımı doğum günü münasibətilə ürəkdən təbrik edirik!

 


Digər xəbərlər

0.22573804855347