“AzerGold” QSC və tərəfdaşları ucqar kənd ailələrinə yardım edib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Cəmiyyətin Çovdar Filizi Emalı Sahəsində fəaliyyət göstərən podratçıları olan “STAR MİNİNG” MMC, “AT- Geotech” MMC və “AzPlast 2012” MMC şirkətləri Prezident İlham Əliyevin Azərbaycanda koronavirusla mübarizənin davam etdiyi müddətdə ehtiyacı olan insanlara yardım etmək çağırışına dəstək olaraq bir qrup aztəminatlı ailəyə yardım edib.
Sosial layihə Daşkəsən rayonundan 25 kilometrə qədər məsafədə və Çovdar filiz emalı sahəsinin yaxınlığında yerləşən Çovdar, Şadax ucqar kəndlərinin bütün ailələrini və Quşçu kəndinin 150 ailəsini, ümumilikdə 250-dən çox ailəni əhatə edib. Aksiya çərçivəsində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi və hərəkət məhdudiyyəti nəzərə alınaraq gündəlik təlabat məhsullarından ibarət bir aylıq ərzaq sovqatı, eləcə də tibbi maskalar xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə qeyd edilən ucqar kəndlərin sakinlərinə təqdim edilib. Sakinlərlə görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadığı halda çölə çıxmamaq və şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində mütəmadi olaraq icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...