Prezident Milli Məclislə bağlı qanundakı dəyişikliyi təsdiqlədi

02:16 29-04-2020 | icon 3117
Prezident Milli Məclislə bağlı qanundakı dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

Qanunun 5-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib: “Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisinin sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir”.

 

Qeyd edək ki, bu qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.


Digər xəbərlər

0.24815106391907