Qaz sızmaları məsələsi “Azəriqaz”ın onlayn konfransda müzakirə olundu
Dünyada, eləcə də Azərbaycanda yayılmış koronovirus (COVID-19) infeksiyası ilə əlaqədar sosial izolyasiya tədbirləri davam etdiyi bir zamanda “Azəriqaz” İstehsalat Birliyi fəaliyyətində fasilələrə yol verməyib.
Bakı şəhəri və bölgələrdə olan xidmət sahələri ilə mütəmadi olaraq onlayn ünsiyyət yaradılır. Növbəti dəfə baş tutan videobağlantıda qaz itkilərinə yol verilməməsi və qaz sızmaları zamanı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə 2020-ci ilin birinci rübündə görülən işlərə diqqət ayrılıb.
Podratçı təşkilat “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının ləğv edilməsi istiqamətində görülən işlər də nəzərdən keçirilib. “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Birliyin Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi, Texniki baxış və qaynaqçıların idarə edilməsi şöbələri, o cümlədən Bakı və regionlar üzrə tabeli təşkilatların rəhbər işçilərinin iştirakı ilə keçirilən onlayn videokonfransda aşkar olunmuş çatışmamazlıqların yaranma səbəbləri müzakirə edilib və gələcəkdə belə halların baş verməməsi üçün görüləcək işlərə toxunulub.
Birliyin aidiyyəti strukturlarına tapşırılıb ki, istehlakçıların təbii qazla təminatında fasilələrin yaranmaması üçün aşkarlanmış qaz sızmaları təxirəsalınmadan dərhal ləğv edilməlidir.
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...