Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir
“Azercell”in dəstəyilə fəaliyyət göstərən komitə virtual məşqlər keçir
“Azercell”in dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqları dəstəkləməkdə davam edir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu dövrdə evdən çalışan Uşaq Paralimpiya Komitəsinin məşqçiləri virtual təlimlər təşkil edir, uşaqlarla onlayn qaydada məşğul olurlar. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bütün kütləvi tədbirlərin təxirə salındığı, idman müəssisələrinin fəaliyyətini dayandırdığı bir zamanda bu məşqlər uşaqların aktivliyinin qorunub saxlanmasına, indiki çətin dövrdə onlarda psixoloji problemlərin, ruh düşkünlüyünün yaranmasının qarşısının alınmasına xidmət edir.
Uşaqlar üçün cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsi daxil olmaqla 9 idman növü üzrə məşqlər keçirilir. Komitənin səyi ilə 7 il ərzində sağlamlıq imkanları məhdud 200-dən artıq uşağın kütləvi idman tədbirlərində fəal iştirakına nail olunub. Peşəkar məşqçilərin dəstəyilə uşaqlar yerli və beynəlxalq səviyyəli yarışlarda iştirak edib, yüksək nəticələr qazanıblar. Son 6 ay ərzində daha 40-a yaxın sağlamlıq imkanları məhdud uşaq Komitənin sıralarına qatılıb.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Sosial layihələrə xüsusi diqqət ayıran “Azercell Telekom” MMC-nin 2014-cü ildən etibarən bu önəmli təşəbbüsə öz töhfəsini vermək üçün komitənin fəaliyyətini dəstəkləyir.
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...