“Kadr islahatları sahəsində fəaliyyətimizi davam etdirəcəyik” - Kamran Əliyev

01:02 02-05-2020 | icon 3273
“Kadr islahatları sahəsində fəaliyyətimizi davam etdirəcəyik” - Kamran Əliyev

“Biz prokurorluq orqanlarında islahatları davam etdirməliyik”.

Bu barədə Baş prokuror Kamran Əliyev mayın 1-də Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən deyib:

 

“Kadr islahatları doğrudan da çox vacib məsələdir və biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Əgər zərurət yaranarsa təbii ki, prokurorluğun, həmçinin struktur qurumlarının fəaliyyəti təhlil edilməlidir. Hesab edirəm ki, biz bu sahədə də mütərəqqi addımlar atmalıyıq.

Sizin tapşırığınız və göstərişinizlə prokurorluq orqanları beynəlxalq qurumlarla daim əməkdaşlıq edib. Həm beynəlxalq qurumlar və eyni zamanda, digər ölkələrin prokurorluq və antikorrupsiya orqanları ilə mütəmadi əlaqələr saxlanılıb. Təbii ki, bu iş Sizin siyasi iradənizə uyğun həyata keçirilib. Siz prokurorluq orqanlarının əməkdaşları qarşısında çıxışınız zamanı qeyd etdiyiniz kimi, biz fəaliyyətimizdə ən qabaqcıl təcrübəni yalnız öyrənməklə kifayətlənməməli, eyni zamanda, gündəlik fəaliyyətimizdə tətbiq etməliyik”.


Digər xəbərlər

0.22891497612