Neftin qiyməti yenə artdı

00:59 06-05-2020 | icon 2665
Neftin qiyməti yenə artdı

Brent markalı neftin qiyməti aprelin 15-dən sonra ilk dəfə 30 dolları ötüb.

“Qara qızıl”ın bir barelinin qiyməti London birjasında 30,43 dollar təşkil edir. Bu isə 11,88% bahalaşma deməkdir.

Sonuncu dəfə Brent aprelin 15-də bu qiymətə olub.

 

WTI markalı neftin bir bareli isə 18,24% bahalaşma ilə 24,11 dollara yüksəlib.

***

Brent 14,12% bahalaşma ilə bir barelə görə 31,04 dollar olub. Sonuncu dəfə neft aprelin 14-də 31 dollardan baha olub. 

WTI markalı neft isə 16,24% bahalaşaraq bir barelə görə 26,48 dollar olub. 


Digər xəbərlər

0.29216599464417