Futbolda inqilabi yenilik edilir

01:01 06-05-2020 | icon 2364
Futbolda inqilabi yenilik edilir

Koronavirus dünyanın bir çox sahələrində böyük dəyişikliklərə səbəb olub.

Futbolda da köklü dəyişikliklərin olacağı gözlənilir.. UEFA prezidenti Aleksander Çeferin bu haqda bir müddət öncə danışmışdı. O, dəyişikliksiz davam etməyin mümkünsüzlüyündən söz açmışdı. Hazırda isə İngiltərədə bu istiqamətdə müzakirələr gedir.

Futbolun yaradıcısı sayılan ingilislər ənənəvi qaydaları dəyişmək istəyirlər. Peşəkar Futbolçular Birliyinin rəhbəri Qordon Teylorun fikrincə, mövsümü başa vurmaq istəyirlərsə, müəyyən tədbirlər görülməlidir. Müzakirə olunan əsas məsələ oyun vaxtının azaldılmasıdır. Böyük ehtimalla qarşılaşmaların müddəti 70 və ya 80 dəqiqəyə endiriləcək. Həmçinin, əvəzetmələrin sayının artırılması da mümkündür. Qəti qərar verilsə, mövsüm iyunun 8-də davam etdiriləcək.


Digər xəbərlər

0.21813988685608