Pakistan Prezidenti İlham Əliyevə zəng etdi

13:36 08-05-2020 | icon 4212
Pakistan Prezidenti İlham Əliyevə zəng etdi

Mayın 8-də Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Arif Alvi Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yaxınlarda Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş videokonfransının keçirilməsi münasibətilə təbriklərini çatdırıb və konfransın pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd edib.

İlham Əliyev bu tədbirin ölkələr arasında həmrəyliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə böyük töhfə verdiyini bildirib.

Dövlət başçıları beynəlxalq səviyyədə ölkələrimizin bundan sonra da bir-birilərinin mövqeyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Prezident Arif Alvi koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıblar, ikitərəfli münasibətlərin perspektivləri, o cümlədən iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.


Digər xəbərlər

0.24510502815247