Sabirabadda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə ciddi əməl olundu

09:55 12-05-2020 | icon 2906
Sabirabadda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə ciddi əməl olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti və pandemiya ilə mübarizədə hamını birliyə çağırmaları nəinki ölkə daxilində, ölkə hüdudlarından kənarda da böyük rəğbətlə qarşılandı. Qardaş Türkiyənin Azərbaycanın pandemiyaya qarşı gördüyü qabaqlayıcı tədbirləri təqdir etməklə bərabər bütün dünyaya Azərbaycanın apardığı mübarizə üsulundan istifadə etməyi məsləhət gördü. 

Azərbaycanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verildi. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində qadağalar aradan qaldırıldı. 

Respublikamızın bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət mobil qrup yaradılmışdı. Bu qruplar daima əhali arasında olaraq onları maarifləndirmək, eyni zamanda köməyə ehtiyacı olan ahıl, xəstə insanlara yardım etmək üçün təyin olunmuşdular.

Rayonda, eyni zamanda mütəmadi olaraq genişmiqyaslı dezinfeksiya işləri də aparılmışdı. Yaşayış məntəqələrində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri hər gün həyata keçirilirdi. 

Bir sözlə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə Sabirabad rayonunda ciddi əməl olundu. 

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilib, onlara ərzaq yardımı göstərildi.

Qeyd edək ki, İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov artıq bir ildir ki, Sabirabada rəhbərlik edir. O, bu müddət ərzində rayonda vətəndaş məmur ünsiyyətinin normallaşmasına, sahibkarlara normal şəraitin yaradılmasına da nail olunub.

Rayonda olan bütün çatışmazlıqlar müəyyən olunub və onların aradan qaldırılması yolları dəqiqləşdirilib.

Görülən bütün işlərdə və atılan addımlarda ilk öncə vətəndaşların haqlarının qorunması, onların problemlərinin dinlənilməsi və həll edilməsi üçün işlər həyata keçirilir.

Yerli ərazi nümayəndələri və bələdiyyələrə daima tapşırılır ki, vətəndaşların problemləri yerində dinlənilsin, araşdırılsın və aidiyyəti üzrə həll olunması üçün bütün lazımı tədbirlər həyata keçirilsin.

 


Digər xəbərlər

0.21935176849365