Mikayıl Cabbarov onları kollektivə təqdim etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə rəhbərlik etdiyi qurum dövlət xidmətlərinə yeni təyin edilmiş rəhbər kadrları qurumların kollektivinə təqdim edib.
Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, nazir ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri vurğulayaraq xidmətlərin fəaliyyətinin həyata keçirilən sosial-iqtisadi strategiyanın hədəflərinə xidmət etməli olduğunu qeyd edib və bildirib ki, yeni təyin edilmiş kadrlar dövlət başçısının etimadını doğultmalıdırlar.
Xatırladaq ki, ölkə Prezidentinin sərəncamları ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini təyin edilib. Onlar müvafiq dövlət xidmətlərinin rəisi vəzifələrini də icra edəcəklər.
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...