Azərbaycan AÇ-2020 ilə bağlı UEFA-ya təminat verdi

00:27 22-05-2020 | icon 3816
Azərbaycan AÇ-2020 ilə bağlı UEFA-ya təminat verdi

Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarını qəbul etməyə hazırdır.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən “Ria Novosti”yə bildirilib.

 

Qeyd olunub ki, bütün təminatlar hökumət tərəfindən verilib.

Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda keçirilməsi planlaşdırılır.


Digər xəbərlər

0.24753904342651