İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi

00:48 23-05-2020 | icon 3848
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə məktub ünvanlayıb. 

Mətndə deyilir: 

"Hörmətli cənab Prezident,

 

Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"


Digər xəbərlər

0.24301195144653