İyunda bürcləri nə gözləyir...

01:17 27-05-2020 | icon 4419
İyunda bürcləri nə gözləyir...

Mayın başa çatmasına çox qalmayıb. Yayın ilk ayı sayılan iyun gəlir. Bəs iyunda ayrı-ayrı bürcləri nə gözləyir?

 

Bütün bürclər barədə məlumat təqdim edir.

Qoç – Ayın ilk yarısı çox uğurlu keçməyəcək. Ümumiyyətlə, uğurlarına çoxları paxıllıq edir. İntriqa və şər Qoçun rahatlığını pozur.

 

Qoç bürcü 

 

Buğa – İyunda taleyin hədiyyəsini gözləmək lazım deyil. Bu aralar Buğaların işləri qaydasında getmir.

 

Buğa bürcü  

Əkizlər – Xüsusilə işlə bağlı eksperimentlərdə uğur əldə edə bilərlər. Hansısa ideya varsa, həyata keçirməyin tam zamanıdır.

 

Əkizlər bürcü 

 

Xərçəng – Ad günü yaxınlaşanda bütün bürclərin başı üzərində buludlar bir az sıxlaşır. Xərçəng iyunun son dekadasında yeniliklər və xəbərlər gözləsin.

 

Xərçəng bürcü

 

Şir – İki dovşanın arxasında qaçaraq, güc itirməyin mənası yoxdur. Əslində, iyun Şir üçün uğurlu aydır.

 

Şir bürcü

 

Qız – İş təşəbbüslərinin sərhədlərini genişləndirmək üçün çox uyğun vaxtdır. Yeni tanışlıqlar da faydalı ola bilər.

 

Qız bürcü 

 

Tərəzi – Ciddi başlanğıc üçün yaradıcı ovqatı düzgün istifadə etmək lazımdır. Bacarığı ortaya qoymaq yalnız fayda verəcək.

 

Tərəzi bürcü

 

Əqrəb – İyunun əvvindəki gərginliyə baxmayaraq, yaxşı ovqatı qorumaq vacibdir. Nikbinliyin ziyanı yoxdur.

 

Əqrəb bürcü

 

Oxatan – Oxatan insanları pis tanımır. Bu bəzən manipulyasiya imkanları da verir.

 

Oxatan bürcü

 

Oğlaq – Dünyanı xilas etmək hissi onları heç vaxt tərk etmir. İyunda da münaqişələrin həllinə çalışacaqlar.

 

Oğlaq bürcü

 

Dolça – Yay emosional planda gərgin başlayacaq. Şəxsi həyatda işlərin qaydasında getməməsi Dolçanın kefini çox pozacaq.

 

Dolça bürcü

 

Balıqlar – Balıqlar da yaya emosional başlayacaq. Hər ehtiyatsız söz böyük davaya səbəb ola bilər.

 

Balıqlar bürcü
 
(BIZIMYOL.INFO)

Digər xəbərlər

0.19854784011841