“Azercell“ “Telegram Bot” xidmətini təqdim etdi
Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” abunəçilərinə innovativ “Telegram Bot” xidmətini təqdim edib.
"Azercell"dən daxil olan məlumata görə, “Telegram Bot” çərçivəsində abunəçilər bir sıra əməliyyatları rahat şəkildə Müştəri Xidmətlərinə müraciət etmədən həyata keçirə biləcəklər.
Yeni servisdən yararlanmaq qaydası çox asandır: iOS və Android əməliyyat sistemlərini dəstəkləyən “Telegram” mobil tətbiqini Play Store və ya App Store-dan yüklədikdən sonra, https://bit.ly/azercellbot keçidinə daxil olaraq Start komandası seçilməlidir. Cavab olaraq Bot abunəçilərə 7 bölümdən ibarət menyu təqdim edəcək:
Mənim Nömrəm: Abunəçi Azercell-in “Kabinetim” tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrə və şifrəni daxil edərək, nömrəyə dair məlumatları əldə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilər ( cari tarif /internet paketinin idarəsi, balans haqqında məlumat).
Tariflər: Azercell-in mövcud tarif bazası haqqında detallı məlumat və qoşulma qaydaları.
Xidmətlər: Azercell-in lokal və rominq xidmətləri haqqında detallı məlumat və qoşulma qaydaları.
İnternet: Azercell-in mövcud internet paketləri haqqında detallı məlumat və qoşulma qaydaları.
Azercell+: Azercell-in yeni nəsil rəqəmsal həlləri haqqında detallı məlumat və qoşulma qaydaları.
Kampaniyalar: Azercell-in mövcud danışıq və internet kampaniyaları haqqında detallı məlumat və qoşulma qaydaları.
Əlaqə: Abunəçinin cari lokasiyasına əsaslanan “ən yaxın Azercell nümayəndəliyi”nin təyin edilməsi və ya Onlayn Müştəri Xidmətlərinə keçid.
Mobil operator yeni “Telegram Bot” xidmətinin funksional imkanlarını mütəmadi olaraq genişləndirəcəyini bəyan edərək, hər kəsi rəqəmsal dünyanı Azercell-lə kəşf etməyə çağırır.
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...