Emin Ağalarov koronavirusa yoluxduğunu açıqladı - Video

13:19 05-06-2020 | icon 4435
Emin Ağalarov koronavirusa yoluxduğunu açıqladı - Video

Xalq artisti Emin Ağalarov koronavirusa yoluxub. 

O, bu barədə opera ifaçısı Yusif Eyvazovun instaqramda canlı yayımına qoşularkən bildirib.

“İşə gedirdim, qəfildən asqırdım. Ətir vurdum, hiss etdim ki, qoxu bilmirəm. Sonra səhər yeməyinə yollandım,amma heç bir şeyin dadını hiss etmirdim”,- deyə E. Ağalarov vurğulayıb.

Emin qeyd edib ki, dərhal həkimə gedərək COVID-19 testi etdirib və cavab müsbət olub. O, iki həftə ərzində evdə karantində tək qalıb, artıq virusdan xilas olub.

 

 

Digər xəbərlər

0.22336983680725