"Araz" Supermarketin işçisində koronavirus aşkarlandı, mağaza nəzarətə götürüldü - AÇIQLAMA

08:56 06-06-2020 | icon 4009

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən "Araz" Supermarketinin bir işçisi koronavirusa yoluxub.

Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketdə çalışan bütün əməkdaşlardan yaxma götürülüb.

"Araz" supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova Azeripress-ə açıqlamasında faktı təsdiq edib.

"Hər səhər işə gələrkən əməkdaşlarımızın hərarəti yoxlanılır. Rəsulzadə qəsəbəsində yerləşən Araz supermarketdə çalışan əməkdaşımızda iki gün əvvəl yoxlama zamanı hərarət aşkarlanıb və dərhal xəstəxanaya göndərilib. Təəssüf ki, həmin əməkdaşımızda analizin nəticəsi pozitiv çıxıb. Həm digər əməkdaşlarmızın, həm də müştərilərimizin təhlükəsizliyi üçün anında 103 xidmətinə zəng olunub. Xidmətin nümayəndələri marketdə çalışan bütün əməkdaşlardan yaxma götürüb. Cavab çıxana qədər personalın işə çıxmasına icazə verilmir. Bütün hallarda market ərazisi bir daha yenidən xüsusi vasitələrlə dezinfeksiyası olunaraq yeni işçi heyətilə fəaliyyətini davam etdirir. Digər əməkdaşlarmızın işə davam edib-etməmələri ilə bağlı qərar analizin cavablarından asılı olacaq.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Araz supremarketlər şəbəkəsi öz məsuliyyətini dərk edərək koronavirus pandemiyasının yayılmağa başladığı ilk günlərdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu bütün qaydalara əməl edir, həmçinin Qida Təhlükəsizliyi Ağentliyinin metodiki tapşırıqlarını yüksək səviyyədə həyata keçirir. Hər bir Araz müştərisinə məlumdur ki, market daxilində ciddi şəkildə dezinfeksiya və təhlükəsizlik qaydalarına əməl olunur."

 


Digər xəbərlər

0.2473578453064