Qobu və Hökməli qəsəbələrinə qaz çəkilir
2020-ci il üzrə ölkədə qazlaşma işlərinə dair dövlət proqramının icrası çərçivəsində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində qaz çəkilişlərinə start verilib.
“Azəriqaz” İstehsal Birliyindən verilən məlumata görə, Qobu qəsəbəsində yeni yaşayış massivində 1441 fərdi yaşayış evi qazlaşdırılacaq. Layihə üzrə ümumi uzunluğu 90 kilometrə yaxın küçə xətlərinin çəkilişi planlaşdırılır. Evdaxili xətlərin uzunluğu isə təqribən 32 kilometrə yaxın olacaq.
Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən yeni yaşayış massivində isə 220 fərdi yaşayış evinin qazlaşdırılması planlaşdırılır. Burada çəkiləcək müxtəlif diametrli daşıyıcı, küçə və evdaxili xətlərin ümumi uzunluğu 27 kilometrə yaxındır.
Hazırda qazlaşma işlərinin vaxtında tamamlanması üçün hər iki qəsəbədə işçi qüvvəsi var gücü ilə çalışmaqdadır.
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...