Ağstafaya yeni polis rəisi təyin edildi

16:42 11-06-2020 | icon 3049
Ağstafaya yeni polis rəisi təyin edildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağstafa rayonuna yeni polis rəisi təyin edib.

Nazirin əmri ilə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov Ağstafa RPŞ-nin rəisi təyin olunub.

V.Xəlilov bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi olub. 2018-ci ildə isə Kəpəz RPİ-nin rəisi təyin olunub.

 

Bundan öncə Ağstafa RPŞ-nin rəisi Elsevər Aslanov olub. O, ötən ayın əvvəlində vəzifəsindən çıxarılıb. E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı mərhum Aslan Aslanovun qardaşıdır.


Digər xəbərlər

0.33938217163086