Sabah virtual “Son zəng” olacaq

16:52 11-06-2020 | icon 3037
Sabah virtual “Son zəng” olacaq

Sabah ölkədə virtual “son zəng” keçiriləcək.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. Bildirilib ki, 3 aylıq virtual formada keçirilən dərslərin sonunda sonuncu zəngin də elə bu formada vurulmasına qərar verilib. Belə ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra, 3 ay ərzində televiziya vasitəsilə müxtəlif dərslərin tədrisini davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcək. 

 

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək. 

 

 


Digər xəbərlər

0.28446578979492