Küçəyə çıxmaq qadağası bitdi

10:13 16-06-2020 | icon 2707
Küçəyə çıxmaq qadağası bitdi

Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağası bitib.

Sözügedən ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti bərpa edilib.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 14 iyun saat 00:00-da 16 iyun saat 06:00-dək 9 rayon və şəhərdə  sərtləşdirilmiş karantin rejimi tətbiq edilmişdi.


Digər xəbərlər

0.2643449306488