Heç kim başqa rayona gedə bilməyəcək - Yeni postlar qurulur
Həftə sonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edib rayonlara gedən sürücülər cərimə olunacaqlar.
Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həftə sonu iki gün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarında hərəkət qadağan edildiyindən adı çəkilən şəhər və rayon sakinləri digər ərazilərə üz tutublar. Bu da paytaxta üç istiqamətdən giriş postlarında böyük sıxlığa səbəb olub.
Şöbə rəsi deyib ki, magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar ediləcək və inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Qeyd edək ki, bu həftə ''icazə-e-gov.az'' portalından 260 min şəxs qeydiyyatdan keçib ki, onlardan da 70 min nəfərin ölkə ərazisi üzrə icazəsi olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına getməyə cəhd ediblər. Həmin şəxslərin müəyyən edilərək barələrində qanunauyğun müvafiq tədbirlər görülməsi üçün araşdırmalar aparılır.
Qeyd edək ki, ötən həftə sonu qadağanın tətbiq edildiyi 9 inzibati ərazi üzrə 635 nəfər inzibati qaydada cərimə edilib. Ondan öncəki həftədə isə bu rəqəm 1483 nəfər olub.
Kamran Əliyev onu da bildirib ki, növbəti həftələrdə sərtləşdirilmiş karantin tətbiq edilərsə rayonlara gedən torpaq yollarda da polis naryadları qurulacaq.
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...