“Semaşko” yalnız koronavirus xəstələri üçün ayrıldı

15:26 17-06-2020 | icon 3085
“Semaşko” yalnız koronavirus xəstələri üçün ayrıldı

1 saylı Kliniki Tibbi Mərkəzin bütün şöbələri fəaliyyətini koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək. 

 

TƏBİB-dən daxil olan məlumata görə, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib: “Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.


Digər xəbərlər

0.29000186920166