Daha 590 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü

19:01 24-06-2020 | icon 2634
Daha 590 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü

Azərbaycanda 590  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 9103 koronavirus testi aparılıb.


Digər xəbərlər

0.2511248588562