“Liverpul” 30 il sonra çempion oldu

10:02 26-06-2020 | icon 2263
“Liverpul” 30 il sonra çempion oldu

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

"Liverpul" 30 ildən sonra yenidən çempion olub.

"Qırmızılar"ın ən yaxın izləyicisi "Mançester Siti" 31-ci turda səfərdə “Çelsi”yə 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra "şəhərlilər"in mersisaydlılara çatmayacağı dəqiqləşib.

Sona 7 tur qalmış çempion olan "Liverpul" sonuncu dəfə 1989/90 mövsümündə qalib olmuşdu. 


Digər xəbərlər

0.26645398139954