“Bu tarix vətən uğurunda tarix yazanların günüdür” - Deputat

19:23 26-06-2020 | icon 2560
“Bu tarix vətən uğurunda tarix yazanların günüdür” - Deputat

Deputat Ülvi Quliyev Silahlı Qüvvələr Günü münasibətilə “Facebook” səhifəsində paylaşım edib.

“26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü! Bu tarix vətən uğurunda tarix yazanların günüdür.

Bütün şəhidlərimizi hörmətlə yad edir, veteranlarımıza minnətdarlığımı bildirir və Vətənimizi qorumaq üçün həyatını riskə atan hərbçilərimizin mərdliyi ilə fəxr edirəm!

Aprel zəfəri zamanı döyüş qabiliyyətini təsdiqləyən güclü ordumuz, əsgər və zabitlərimizin döyüş ruhu, vətən sevgisi sayəsində tezliklə Qarabağımızın azad olunması arzusu ilə bayramınız mübarək!”

 


Digər xəbərlər

0.27241587638855