Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü

19:25 26-06-2020 | icon 2598
Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü

Azərbaycanda 517  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 305  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 15 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib, 6818 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6980 koronavirus testi aparılıb.

 

 


Digər xəbərlər

0.40767502784729