“30 min verib qızımın meyitini təhvil aldım” - Video

22:59 26-06-2020 | icon 5201
“30 min verib qızımın meyitini təhvil aldım” - Video

Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi "Bona Dea Beynəlxalq Hospitalı"nda ağciyər çatışmazlığından vəfat edib.

Məlumata görə, ötən gün vəfat edən 22 yaşlı qızın meyiti doğmalarına təhvil verilməmişdi.

Məsələ ilə bağlı sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, qızının meyiti xəstəxanaya borcları olduğu üçün ailəsinə təhvil verilməyib. 

 

Onun bu müraciətindən sonra gənc qızın meyiti ailə üzvlərinə verilib. Qadın 30 min ödədikdən sonra övladının meyitinn təhvil aldığını bildirib.

"ARB 24"-ün məsələ ilə bağlı hazırladığı sujeti təqdim edirik:

 

 


Digər xəbərlər

0.27100896835327