“Köməkçilərimizi yol polisi saxlayır, icazə vermir”

12:39 29-06-2020 | icon 2680
“Köməkçilərimizi yol polisi saxlayır, icazə vermir”

“Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir”.

Bu təklifi deputat Aqil Abbas Milli Məclisdə səsləndirib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir:

“Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin”.

 

Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir: “ Ancaq bu məsələyə baxarıq”.


Digər xəbərlər

0.24836802482605