“Ümid edirik, həftəsonuna kimi süni tənəffüs aparatından da ayrılacaq”
Əməkdar artist Bəhram Bağırzadəni ötən gün EKMO cihazından ayırıb süni tənəffüs aparatına qoşublar.
Həyat yoldaşı Şəhla Bağırzadə bildirib ki, ötən gün aparatdan ayrılmasına baxmayaraq B.Bağırzadənin vəziyyəti kritik olub: "Hazırda süni tənəffüs aparatındadır. 24 saatı şükür ki, qənaətbəxş keçirib. Ümid edirik ki, bu həftənin sonuna kimi süni tənəffüs aparatından da ayrılacaq".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.(qafqazinfo)
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...
-
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
...
-
“Avroviziya-2024”də Azərbaycanı o təmsil edəcək
...
-
"Səma ilə görüş” filminin qala gecəsi keçirilib
...
-
Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
...