Bu gündən metro bağlandı

11:22 04-07-2020 | icon 2612
Bu gündən metro bağlandı

Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bu gündən 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargah qərar qəbul edib.

 

Bundan başqa, bu gündən etibarən iyulun 20-dək yalnız həftəsonları xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəkidə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qeyd edək ki, ictimai nəqliyyatın hərəkəti qadağan olduğu həftəsonları taksi fəaliyyətinə icazə veriləcək.


Digər xəbərlər

0.31433081626892