“Çox ciddi yoxlama aparılır” - DYP-dən xəbərdarlıq
“Hazırda bir çox postların yığışdırılmasına baxmayaraq polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən marşrut postlarının hərəkəti gücləndirilib”.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.
O, insanları müvafiq icazə olmadan evlərini tərk etməməyə çağırıb: “Ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin pozulmasına yol vermiş şəxslər intizam məsuliyyətinə cəlb ediləcək. Bakıda səyyar marşrut postlarından əlavə, piyada naryadlarının sayı artırılıb. Kimsə düşünməsin ki, onun yaşadığı ərazidə post yoxdur və rahatlıqla evdən çıxa bilər. Bir daha hamını xəbərdar edirik ki, çox ciddi yoxlama aparılır. Həmçinin karantin rejiminin sərtləşdirildiyi digər rayonlarda eyni qaydalar tətbiq ediləcək”.(qafqazinfo)
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...