Hacıqabulda xüsusi karantin rejimi ilə əlaqədar reyd keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alınaraq, Hacıqabul rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.
Belə ki, iyul ayının 3-də Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və mobil qruplar ilə birlikdə sanitar-epidemioloji qaydalara nəzarətin gücləndirilməsinə ehtiyac olduğu üçün bir sıra ticarət və iaşə obyektlərində reydlər keçirilib. Reyd zamanı sakinlərlə ilə maarifləndirici söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah edilib. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına qeyd şərtsiz tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tövsiyələr verilib.
Reyd zamanı işində nöqsan aşkar edilən bir iaşə və üç ticarət obyekti sahibinə şifahi xəbərdarlıq edilib, qoruyucu vasitələrdən istifadə etməyən altı vətəndaş barəsində inzibati protokol tərtib edilmişdir. Digər yoxlanılmış obyektlərdə nöqsanlar aşkar edilməyib.
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Yağış, külək, qar... - Sabahın havası
...
-
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
...