Bakıda Məşədi İbadla hambala heykəl qoyuldu – Fotolar
Sabunçu rayonunun Balaxanı kəndinə aparılan abadlıq işləri yerli sakinlərdə xoş ovqata səbəb olub.
Kəndin bəzi küçələrinə daş döşənməsi Balaxanıda gözoxşayan mənzərə yaradıb.
Abadlıq işləri çərçivəsində Balaxanıda daha bir yenilik Üzeyir Hacıbəylinin məşhur operettasının motivləri əsasında çəkilmiş “O olmasın, bu olsun” filmindən tanıdığımız Məşədi İbada və hambala heykəl qoyulmasıdır.
Az qala 70 ilə yaxındır ki, Məşədi İbadın adı, sözü-söhbəti, məzəli, rişxəndli, ibrətli zərbi-məsəlləri, canlı bənzətmələri, heç vaxt yersiz, köhnəlmiş görünməyən kəlamları dilimizin əzbəridir.
1956-cı ildə çəkilən film o vaxtdan bu yana öz dəyərini qoruyub saxlamaqdadır. Təbii ki, “O olmasın, bu olsun” filmində səslənmiş və bu gün də dillər əzbəri olan və yeri gələndə işlətdiyimiz sitatların əksəriyyəti əsas obraz Məşədi İbadla bağlıdır...
Modern.az yazır ki, filmdən dillərə düşən “Heç hənanın yeridi?”, “...baxım görüm mal necə maldı”, “Mən özüm “Tarixi-nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavdlar hardan başa düşsün?!”, “Mənim bir eybim varsa, o da eyibsizliyimdir”, “Hazır gəlim, yoxsa?..”, “Yaxşı bəs, hamampulunu kim verəcək?”, “Babalı Sərvərin boynuna”, “Qızın iki adaxlısı var”, “...bu ehsan deyil...” kimi sitatlər hələ də yeri gələndə tez-tez işlədilir...
Balaxanının yeni küçələri İçərişəhərin dolambaclı yollarını xatırladır...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...