Bakının məşhur otelində karantin belə pozuldu - Fotolar+Video
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, müəyyən qadağalar tətbiq edilsə də, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.
Iyulun 2-dən Nazirlər Kabineti Yanında Operativ Qərargah 16 şəhər və rayonda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılmasına dair qərarı rəsmən açıqlasa da, "Fairmont Baku" hoteli müştərilərinə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" müraciətini edib.
Virusun qarşısını alınması məqsədilə hotellərdə hovuz və restoranların fəaliyyəti qanunla qadağan olunsa da, "Fairmont Baku" buna əməl etməyib. Maraqlıdır ki, istirahət üçün hovuza üz tutanlar arasında tanınmış simalar da var.
Belə ki, aparıcı Mələk Heydərova da həmin məkana üz tutan şəxslər arasında olub. O, "Fairmont Baku"nun hovuzu kənarında çəkilmiş fotolarını şəxsi instaqram hesabında paylaşıb. Onun bu addımı heç də birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdən açıq-aşkar aydın olur ki, istirahət üçün hotelə üz tutan şəxslər sosial məsafəyə əməl etməməklə öz həyatlarını riskə atmaqla yanaşı, virusun yayılması üçün böyük təhlükəyə səbəb olublar.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-dən aşağı düşmür. Bunun nəticəsində əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say 5-ə endiriib. Bundan başqa son günlərdə xüsusi karantin rejiminin pozulmasına nəzarət gücləndirilib. Bunun nəticəsində kifayət qədər xüsusi karantin rejimini pozan şəxslər aşkar edilərək müvafiq qaydada məsuliyyətə cəlb olunublar.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...