Daha bir məşhur hotel karantini pozdu - Video
Bakının məşhur “Hyatt Regency” hotelindən də karantin qaydalarının pozulması faktıyla bağlı görüntülər yayılıb.
“Hyatt Regency” hotelində beş nəfərdən artıq şəxsin bir yerə toplaşdığı, həmçinin hotelin hovuzunun müştərilər üçün açıq olduğu əks olunub. Eyni zamanda hotel bir neçə gündür karantin rejiminin uzadılmasıyla bağlı rəsmi məlumatlar yayılmasına baxmayaraq, instaqram hesabında reklam yerləşdirərək qonaqları dincəlməyə dəvət edib.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O “Hyatt Regency” otelindən yayılmış görüntülərlə tanış olduğunu vurğulayıb. Qeyd edib ki, həmin görüntülərə baxılıb qiymət veriləcək.
Qeyd edək ki, hələ dünən “Fairmont Hotel” də sərt karantin rejiminin qaydalarının pozulmasından sonra sosial şəbəkə istifadəçiləri təkcə sözügedən hoteldə yox, həmçinin digər məşhur hotellərdə də qaydaların pozulduğunu qeyd edirdilər.
Xatırladaq ki, ötən gün polis “Fairmont hotel” də reyd keçirib, karantin rejiminin qaydalarını pozanları inzibati məsuliyyətə cəlb edib.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...