İlham Əliyev Nazarbayevə zəng edib
Bu gün Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.
Dövlət başçısı Nursultan Nazarbayevi yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, Qazaxıstanın inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.
İlham Əliyev Nursultan Nazarbayevin müstəqil Qazaxıstan Respublikasının quruculuğunda müstəsna rolunu qeyd edərək, məhz onun yorulmaz səyləri nəticəsində Qazaxıstanın böyük inkişaf yolu keçdiyini, xalqın rifah halının təmin edilməsi və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb.
Nursultan Nazarbayev göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...