“Yoluxanların sürətlə artan sayı indi sabitləşib” - İlham Əliyev
"Bilirsiniz ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır".
Bunu Prezident İlham Əliyev yerli kanallara müsahibəsində deyib. O bildirib ki, karantin rejiminin nə qədər davam edəcəyini yaxın gələcək göstərəcək:
"Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb".
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...