Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb

13:37 09-07-2020 | icon 3127
Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb

2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. 

Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub. 

 

Birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Ölkədə neft emalı 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.

 

 

Digər xəbərlər

0.39285182952881