Azercell “e-Təbib” mobil tətbiqini yükləyən hər kəsə 100MB hədiyyə təqdim edir

21:53 10-07-2020 | icon 6255
Azercell “e-Təbib” mobil tətbiqini yükləyən hər kəsə 100MB hədiyyə təqdim edir

Azercell insanların koronavirusa yoluxma riskinin azaldılması məqsədi daşıyan “e-Təbib” mobil tətbiqini yükləyən abunəçilərinə hədiyyə qazandırır. Belə ki, “e-Təbib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçən bütün Azercell abunəçilərinə 100 MB internet hədiyyə olunur.

100 MB internet 24 saat ərzində avtomatik qaydada abunəçinin balansına əlavə edilir. Paketdən istifadə müddəti 30 gündür və yalnız bir dəfə təqdim olunur. İnternet hədiyyəsi istisnasız olaraq bütün fakturalı və fakturasız xətt Azercell abunəçiləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, “e-Təbib” tez-tez verilən suallara cavabları və profilaktik tədbirlər haqqında məlumatları təqdim edən, ictimai yerlərdə olarkən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq edən tətbiqdir. Həmçinin, təsadüfən infeksiya daşıyıcısı ilə təmas olduğu halda istifadəçiyə bildiriş göndərilir. Qeydiyyat üçün “e-Təbib” tətbiqini yükləyib daxil olduqdan sonra tətbiqin “Digər” bölümündə yerləşən “Şəxsi kabinetə” keçərək şəxsiyyət vəsiqəsinin FIN kodunu və digər tələb olunan əlavə məlumatları daxil etmək lazımdır. Daha ətraflı bilgi üçün https://www.azercell.com/az/personal/services/partner_services/e_tabib/ ünvanına müraciət etmək mümkündur.

Qeyd edək ki, bu, “Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət infeksiyanın yayıldığı gündən etibarən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.


Digər xəbərlər

0.23414206504822