“Nar” abunəçilərini “e-Təbib”dən istifadəyə çağırır!
Ölkədə koronavirus pandemiyası ilə mübarizəni daha da gücləndirmək və əhali arasında məlumatlılığı artırmaq məqsədilə artıq bir müddətdir ki, “e-Təbib” mobil tətbiqi istifadəyə verilib. Bildirək ki, “Nar” abunəçiləri üçün tətbiqdən istifadə ödənişsizdir və qeydiyyatdan keçən hər bir “Nar” istifadəçisinə 100 MB internet bonusu hədiyyə edilir.
Tətbiqdə gündəlik olaraq koronavirus pandemiyası ilə bağlı ölkədəki cari statistika ilə yanaşı, həm də istifadəçilərin koronavirusa yoluxma ehtimalını müəyyənləşdirən sistem mövcuddur. Belə ki, əgər istifadəçi son 14 gün ərzində xəstəliyə yoluxmuş şəxslə ünsiyyətdə olubsa, tətbiq bununla bağlı şəxsə bildiriş göndərir və müvafiq testdən keçməyə dəvət edir. Bu, koronavirusa yoluxan xəstələrin ilkin mərhələdə aşkarlanıb müalicə almasına və yoluxma hallarının azalmasına kömək edəcək. Tətbiqi Playstore və Appstore platformalarından yükləmək mümkündür.
“Nar” abunəçilərini pandemiya dövründə xəstəliklə bağlı yalnız ilkin mənbədən alınmış məlumatlara əsaslanmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə çağırır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...