Rəis müavininin molladan pul istəməsi xəbəri haqda - DİN-dən açıqlama
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun rayonda yas mərsasiminin keçirilməsi üçün pul tələb etməsi iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Əfsuslar olsun ki, bəzi sosial şəbəkələrdə və xəbər saytlarında bu gün Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinin adına həqiqəti əks etdirməyən, böhtan xarakterli yazı dərc edilib. Bildirmək istəyirəm ki, Tovuz rayonunda hər hansı bir şəxs vəfat etdikdə dərhal Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi həmin şəxsin ailə üzvləri ilə əlaqə saxlayır, onunla profilaktik söhbət aparır, karantin rejimin tələbləri bir daha onun nəzərinə çatdırılır və karantin rejimi pozulduqda məsuliyyət daşıyacaqlarını qeyd edir. Hər hansı bir yas yerindən pul istənilməsi tamamilə cəfəngiyyatdır, həqiqətə uyğun olmayan məlumatdır”.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...