Məmmədyarov Lavrovla telefonla danışdı
Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici işlər naziri Serqey Lavrov ilə telefon danışığı baş tutub.
Nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.
Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...