Millimiz ev oyunlarını BOS-da keçirəcək

21:37 13-07-2020 | icon 2284
Millimiz ev oyunlarını BOS-da keçirəcək

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.

Millimizin hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Yığmamız Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.

 

Xatırladaq ki, millimiz son dəfə BOS-da 2018-ci ildəki Millətlər Liqasında çıxış edib.


Digər xəbərlər

0.24904799461365