Sabah Bakıda 35 dərəcə isti olacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 17 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərədüddü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...